ABŞ-nin "Delta Air Lines" aviaşirkətinin "DL234" reysi ilə uçan təyyarəsinə bomba qoyulmasına dair anonim məlumat daxil olub. Bundan sonra təyyarə İsrailin Ben-Qurion hava limanına təcili eniş edib.
Bu barədə Oxu.Az İsrailin "Cursorinfo" nəşrinə istinadən məlumat verir.
Məlumata görə, təyyarə təhlükəsiz şəkildə eniş edib və bütün sərnişinlər təxliyə olunublar.
Bomba ilə bağlı xəbərdarlığın ABŞ-dən, yoxsa təyyarə İsrailə eniş etdikdən sonra gəldiyi hələlik məlum deyil.
Təyyarə təcrid olunub, təhlükəsizlik qüvvələri isə göyərtədə axtarışlar və yoxlamalar aparır.
Hadisənin təfərrüatı araşdırılır.