Almaniyadakı Yulix tədqiqat mərkəzinin ərazisində İkinci Dünya müharibəsi dövrünə aid partlamamış hərbi sursat aşkarlanıb.
Oxu.Az xəbər verir ki, bu barədə "Report"a mərkəzdə çalışan mənbə bildirib.
Onun məlumatına görə, hazırda təhlükəsizlik xidməti xilasetmə xidmətləri ilə birgə sursatın zərərsizləşdirilməsi üzrə iş aparır.
"Bəzi binalar hələ də bağlıdır. Məhdudlaşdırılmış zonadan kənarda olan əməkdaşlar üçün təhlükə yoxdur", - mənbə qeyd edib.
Almaniyadakı Yulix tədqiqat mərkəzinin ərazisində bomba aşkar edilib, müəssisə müvəqqəti bağlanıb.
Oxu.Az xəbər verir ki, bu barədə "Report"a mərkəzdə işləyən mənbə məlumat verib.
"Ərazisində bomba aşkar edildikdən sonra mərkəz bağlanıb, əraziyə xilasetmə xidmətləri gəlib", - agentliyin həmsöhbəti bildirib.
Hadisənin digər təfərrüatı hələlik açıqlanmır.
Avropanın ən böyük multidissiplinar elmi mərkəzlərindən biri olan Yulix tədqiqat mərkəzi Şimali Reyn-Vestfaliya federal əyalətində yerləşir. Helmholts Assosiasiyasına daxil olan mərkəzdə energetika, iqlim, informasiya texnologiyaları və bioiqtisadiyyat sahələrində tədqiqatlar aparılır.