Bakıda gözəllik salonunda tanışını öldürməyə cəhddə təqsirləndirilən Samir Həsənovun cinayət işi üzrə məhkəməsi yekunlaşıb.
Oxu.Az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Səbinə Məmmədzadənin sədrliyi ilə keçirilən yekun prosesdə məhkəmə istintaqının yekunlaşdığı elan edildikdən sonra prokuror təqsirləndirilənin 10 il 6 ay azadlıqdan məhrum olunmasını məhkəməyə təklif edib.
Müşavirədən sonra Samir Həsənova hökm oxunub və o, 10 il 6 ay azadlıqdan məhrum olunub.
Qeyd edək ki, hadisə 2025-ci ilin noyabrında paytaxtın Nizami rayonu ərazisində yerləşən gözəllik salonunda baş verib.
Məlumata görə, 39 yaşlı Samir Həsənov həmin salonda çalışan, tanışı - 30 yaşlı Cahan Çələbiyevaya şəxsi münasibətlər zəminində kəsici alətlə xəsarətlər yetirib.
Hadisəni törətməkdə şübhəli bilinən S.Həsənov polis əməkdaşları tərəfindən saxlanılıb.
Qadın ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Samir Həsənova qarşı 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham irəli sürülüb.
Elgün Həsənli