12 
May
2015
17:00
54
20
2521
Virtual karabakh

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi “Road&Traffic” sərgisində – FOTO

12 May, 2015
17:00
2521

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi “Road&Traffic” sərgisində – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

NİİM-in stendi sərgiyə gələnlərin diqqətini çəkib.

Bu gün Bakı Ekspo Mərkəzində V Beynəlxalq Yol İnfrastrukturu və İctimai Nəqliyyat sərgisi – “Road&Traffic” başlayıb.

Oxu.Az xəbər verir ki, sərgidə çoxsaylı yerli və xarici kommersiya şirkətləri ilə yanaşı ölkənin nəqliyyat infrastrukturuna cavabdeh olan Azərbaycanın dövlət strukturları:

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi, “Azəryolservis” ASC, “Bakı Metropoliteni” QSC, Avtomobil Nəqliyyatı Dövlət xidməti, “Azərbaycan dəmir yolları” QSC də iştirak edib.

Qeyd edək ki, sərgiyə gələnlərin diqqətini Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin stendi çəkib.

Mərkəzin sərgi stendində şəhər küçələrində quraşdırılan, şəhər nəqliyyatına real zamanda nəzarət etmə imkanı yaradan və bu informasiyanı NİİM-ə ötürmə qabiliyyətinə malik olan müasir avadanlığın nümunələri sərgilənib. 

Sərgini öz sözləri ilə açan nəqliyyat nazirinin müavini Musa Pənahov qısa çıxışında bildirib ki, NİİM-in yaradılmasından keçən üç il müddətində Mərkəz gözəçarpacaq uğurlar qazanıb.

Stenddə Avropa Oyunları ərəfəsində paytaxtın 8 nöqtəsində quraşdırılan yeni tipli və ikitərəfli Məlumat İnformasiya Tablolarından nümunə, Traffibot detektor və Termal detektor adlanan yeni kameralar da nümayiş etdirilib. Həmçinin, stendin monitorlarında yeni kameralar haqqında məlumat, yaxın gələcəkdə istifadə olunacaq texnologiyalar və I Avropa Oyunları zamanı istifadə olunacaq marşrut xətti nümayiş etdirilib.

NİİM-in veb saytı, sosial şəbəkələrdəki səhifələri, 141 Qaynar Xətti və 107.7 “AvtoFM” radiosu haqqında da stenddə məlumat yerləşdirilib. 

Qeyd edilib ki, 107.7 “AvtoFM” radiosu dinləyicilərinə yollarda olan tıxaclar və mümkün alternativ yollar haqqında xəbər verərək şəhər nəqliyyatının tənzimlənməsinə öz töhfəsini verir.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri