22 
May
2017
10:08
26
8
1437
Virtual karabakh

“NETTY 2017”-nin nominantları müəyyən edildi

22 May, 2017
10:08
1437

“NETTY 2017”-nin nominantları müəyyən edildi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qaliblər mükafatlandırma mərasimində elan ediləcək.

“NETTY 2017” Azərbaycan Milli İnternet Mükafatının nominantları müəyyən edildi. 

Virtual münsiflər heyətinin və Ekspert Şurasının səsverməsi nəticəsində iştirakçiların ümumi sayından mükafatın nominantları (saytlar, səhifələr və proqramlar) seçilmişdir. 

Nominantların yekun siyahısı ilə mükafatının saytında tanış olmaq olar - www.netty.az
Mükafatın Akademiyası səsverməyə başladı, hansı ki, mövcud nominasiyaların hər birində bir qalibi müəyyən edəcək. 

Qaliblər mükafatlandırma mərasiminin gedişatında elan olunacaq. Bütün nominantlar mükafatlandırma mərasiminə dəvət ediləcək. 

Bununla yanaşı, “Milli informasiya texnologiyaların inkişafının zənginləşdirilməsi” və “İlin İT-hadisəsi” və digər fəxri nominasiyalar üzrə də qaliblər müəyyən ediləcək.

Bu il müsabiqə Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar, Mədəniyyət və Turizm nazirliklərinin rəsmi dəstəyi ilə keçirilir. 

Mükafatın baş partnyoru - “Azercell” şirkətidir. Mükafatın partnyorları: “BakuTel” sərgisi, “SmartHost.az” şirkəti, “Renley.az” internet agentliyi, “Kassir.az” layihəsidir. 

Hüquqi dəstək “dejure.az” layihəsi tərəfindən göstərilir. Elektron ticarət sahəsində ən yaxşı sayt nominasiyasının partnyoru “Acqalma.az” layihəsidir. 

Tədbirə İnformasiya dəstəyini Infocity.az, CBC telekanalı, 1news.az, Oxu.Az, Disput.az, Salamnews.org, GameZone Baku, Autoradio.az göstərir. 

NETTY Azərbaycan Milli İnternet Mükafatı 2004-cü ildə təsis edilib. NETTY - Ümumdünya Şəbəkəsinin milli seqmentinin və ümumiyyətlə, İT-bazarın inkişafı məqsədilə yaradılmış informasiya texnologiyalar sahəsində Azərbaycanın birinci peşəkar mükafatıdır.

NETTY mükafatı Azərbaycanın ən yaxşı veb-layihələrini, informasiya texnologiyalar sahəsində mütərəqqi xadimləri üzə çıxarır. 2017-ci ildə NETTY Azərbaycanın Milli İnternet Mükafatı 13-cü dəfə keçirilir. 

Partnyorluq məsələləri ilə bağlı sualları [email protected] ünvanına göndərə bilərsiniz.

U.A.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri