17 
Noy
2014
11:41
220
14
5679
Virtual karabakh

Türkiyədən helikopter olayına münasibət: Azərbaycanın yanındayıq

17 Noy, 2014
11:41
5679

Türkiyədən helikopter olayına münasibət: Azərbaycanın yanındayıq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Səfir açıqlama verdi.

Cəbhə xəttində baş verən son hadisə bir daha sübut etdi ki, bu məsələ qısa bir zamanda sülh yolu ilə həll olunmalıdır.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, bunu cəbhə xəttində Azərbaycan mövqelərinə hücum edən erməni helikopterinin Azərbaycan hərbçiləri tərəfindən vurulmasına münasibət bildirən Türkiyənin Azərbaycandakı səfiri İsmail Alper Coşkun deyib.

“Hadisələrin necə cərəyan etdiyinə və sair baxıla bilər, amma əsas odur ki, Azərbaycan torpaqları niyə hələ də işğal altındadır? Hadisələrin necə baş verməsinin araşdırılması ilə yanaşı, problemin hələ də davam etməsi məsələsi araşdırılmalıdır. Türkiyənin hər zaman Azərbaycanın yanında olacağı aşkardır”, - deyə səfir vurğulayıb. 

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri