20 
Okt
2014
12:30
26
12
5284
Virtual karabakh

Milyarder Telman İsmayılov Van Dammla eyni tədbirdə - FOTO

20 Okt, 2014
12:30
5284

Milyarder Telman İsmayılov Van Dammla eyni tədbirdə - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Onu tədbirə azərbaycanlı iş adamı çağırıb.

Türkiyədə ilin ən nüfuzlu kino mükafatlarından olan “Altın portağal” mükafatları sahiblərini tapıb. “Beynəlxalq Antalya Altın Portakal Film Festivalı”nın açılışı adıçəkilən şəhərdəki EXPO Mərkəzdə reallaşıb.

Oxu.Az ANS PRESS-ə istinadla xəbər verir ki, möhtəşəm açılış mərasiminə ulduz axını yaşanıb. Qırmızı xalının ən diqqət çəkəni isə Hollivudun döyüş filmlərinin qəhrəmanı Jan Klod Van Damm olub.

Van Damm festivala azərbaycanlı iş adamı “Mardan Palace”in sahibi Telman İsmayılovla qatılıb.

Aktyor səmimi davranışı ilə diqqət çəkib, o şəkil çəkdirmək istəyən heç kimin xətrinə dəyməyib.

Xatırladaq ki, nüfuzlu mükafata sahib olanlar arasında azərbaycanlı aktrisa da var. Nəsrin Cavabzadə “Quzu” filmindəki roluna görə mükafatlandırılıb. O, “Ən yaxşı qadın” nominasiyasında “Altın portakal” portağal alıb.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri