Mar
2015
13:25
7
59
6269
Virtual karabakh

İlhamədən Nazpəriyə: Ömrünün axırına qədər məndən üzr istəməlisən - VİDEO

2 Mar, 2015
13:25
6269

İlhamədən Nazpəriyə: Ömrünün axırına qədər məndən üzr istəməlisən - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Məhkəmə ona 25 min manat təzminat kəsib”.

Xalq artistləri İlhamə Quliyeva ilə Nazpəri Dostəliyeva arasındakı qalmaqal səngimək bilmir.

Oxu.Az xəbər verir ki, İ.Quliyeva “Onlar” verilişinə açıqlamasında bunları söyləyib:

“Dostəliyeva adlı bir şəxs böyük səhvə yol verib. Barəmdə yaşından böyük, senzuradan kənar sözlər işlədib. 65 yaşı var, şərəf və ləyaqətimi alçaldıcı sözlər işlədib. Çox istədilər ki, mənlə onu barışdırsınlar, amma mən razılıq vermədim. Verilişlərin birində çıxıb dedi ki, “məhkəməyə hörmət əlaməti olaraq, təkzib edirəm”.

Sən məhkəmədən yox, məndən üzr istəməlisən. Hətta özü əli ilə yazmışdı ki, “Mən İlhamə Quliyevanın ünvanına söylədiyim sözlərin hamısını özüm barəsində demişəm” (gülür).

Ömrünün axırına qədər də sən məndən üzr istəməlisən. Şərəf və ləyaqətimi aşağıladığı üçün məhkəmə ona 25 min manat təzminat kəsib. Mənim onun puluna ehtiyacım yoxdur. Gözümü açmışam, ailəmdən hər şey görə-görə gəlmişəm. Amma həmin təzminatı alıb, kimsəsizlər, qocalar evinə verəcəyəm. Məhkəmənin bitməsinə baxmayaraq, o hələ də qaçır gizlənir, pulu vermir”.

Aytən Sadıqzadə
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri