Okt
2015
10:07
15
47
4030
Virtual karabakh

Günay Musayeva: Hələ boşanmamış mənə xəyanət etdi - FOTO

1 Okt, 2015
10:07
4030

Günay Musayeva: Hələ boşanmamış mənə xəyanət etdi - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Atasız böyüməyə öyrəşmişik artıq”.

Azərbaycanlı model Günay Musayeva bu yaxınlarda boşandığı türk həyat yoldaşı, aktyor Tolqa Karellə bağlı “Hürriyet”ə açıqlama verib.

Oxu.Az xəbər verir ki, aktyorun daha öncə oğulları Cihangir Can üçün yenidən bir araya gəlməyi təklif etdiyini bildirən Musayeva bunun mümkün olmadığını deyib:

“Barışmaq artıq mümkün deyil. Hələ boşanmamış mənə xəyanət etdi. Üstəlik mənə qarşı fiziki zorakılıqdan istifadə edib. Bunlar baş verdiyi üçün ayrıldıq. Bir adamın xasiyyəti dəyişməz. Alma ağacında armud yetişərmi?”.

Qurban bayramını oğlu ilə keçirən G.Musayeva “Atası oğlumun yanında deyildi. Atasız böyüməyə öyrəşmişik artıq” deyib.

Qeyd edək ki, 2011-ci ildə ailə quran Günay və Tolqanın Cihangir Can adlı oğulları var. Cütlük yaxın günlərdə 8 dəqiqəlik məhkəmə ilə rəsmən boşanıb.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri