Dek
2015
12:39
139
524
10597
Virtual karabakh

Bakıda neftçilər anıldı - FOTO

7 Dek, 2015
12:39
10597

Bakıda neftçilər anıldı - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xəzər dənizinə qərənfillər atılıb.

Bakıda “Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə baş verən güclü yanğın nəticəsində itkin düşən 29 nəfər vətəndaşımızın xatirəsi anılıb.

Oxu.Az xəbər verir ki, vətəndaşlar bu gün saat 12:00-dan etibarən Bakı Bulvarı, Saat Qülləsində toplanaraq bütün dənizkənarı ərazidən Xəzər dənizinə qərənfillər atıblar, onlar dünyasını dəyişən həmvətənlərimizi yad ediblər.

Hadisə yerindən lentə alınan görüntüləri təqdim edirik.

Xatırladaq ki, dekabrın 4-də saat 17:40 radələrində güclü tufan nəticəsində “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə yüksək atmosfer təzyiqi ilə işləyən sualtı qaz xəttinin dayaq borusu qırılıb, boru kəməri zədələnib və yanğın baş verib.

Xilasetmə əməliyyatı nəticəsində 33 nəfər xilas edilib. 1 nəfər neftçinin cəsədi ailəsinə təhvil verilib, 29 nəfərin axtarışı davam etdirilir.

Qeyd edək ki, Anım mərasimi bu gün gecə saat 00:00-a qədər davam edəcək.

Elvin Əhmədov
FOTO: Aliyə İsmayılzadə
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri