May
2013
14:27
1
3
2106
Virtual karabakh

Azərbaycanlı tələbər Avropa Parlamentində təcrübə proqramında iştirak edəcəklər

7 May, 2013
14:27
2106

Azərbaycanlı tələbər Avropa Parlamentində təcrübə proqramında iştirak edəcəklər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Proqram Partnyor Beynəlxalq Dialoq və Əməkdaşlıq Fondu tərəfindən maliyyələşdirilir.

Bu ilin may ayından etibarən müxtəlif Avropa universitetlərində təhsil almaqda olan 4 Azərbaycanlı tələbə - Ramazan Səmədov, Allahverən Orucov, Nərminə Səfərova, Ülfət Hacıyev Avropa Parlamentində təcrübə proqramında iştirak etməyə başlayıblar.

2 aylıq dövr ərzində tələbələr Avropa Parlamenti qanunvericilik prossesi ilə yaxından tanış olmaq, Parlamentin komitə iclaslarında müşahidəçi qismində iştirak etməklə yanaşı, təcrübə proqramlarında onların işinə rəhbərlik edən millət vəkillərinin, eləcə də onların üzvü olduqları siyasi partiyaların fəaliyyətini yaxından izləmək imkanı əldə edəcəklər.

Bu proqram öz növbəsində həmçinin yüksək ranqlı Avropa siyasətçiləri ilə gündəlik təmasda olmaq, onlarla Azərbaycan Respublikasının xarici siyasət kursunu müzakirə etmək, eləcə də onun problemlərini qabartmaq üçün müstəsna bir imkan yaratmaqdadır.

Qeyd etmək lazımdır ki, tələbələrimiz bu qəbildən olan görüşlərdə staj proqramının ilk günlərindən iştirak etmək imkanı qazanıblar. Belə ki, bugün onlar NATO Baş katibi Anders Foq Rassmussenin əsas qonaq olduğu konfransda iştirak ediblər.

Tədbirin sonunda Azərbaycanlı stajorlarla yaxından tanış olan baş katib onlara proqramda uğurlu iştirak arzulayıb. Sonda Anders Foq Rassmussen gənclərlə xatirə şəkli çəkdirib.

Azərbaycan Xəbərləri

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri