17 
İyl
2014
19:10
40
23
2981
Virtual karabakh

107.7 “AvtoFM” ilin ən yaxşı radiosu oldu – FOTO

17 İyl, 2014
19:10
2981

107.7 “AvtoFM” ilin ən yaxşı radiosu oldu – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qaliblər ictimaiyyət arasında keçirilmiş sorğu nəticəsində müəyyənləşdirilib.

Milli Mətbuat gününün 139-cu ildönümü münasibəti ilə QAFQAZ MEDİA İctimai Birliyinin təsis etdiyi mükafatlar üzrə nominasiyaların təntənəli təqdimetmə mərasimi olub.

Oxu.Az xəbər verir ki, rəsmi şəxslər, millət vəkilləri, tanınmış simalar və media nümayəndələrinin iştirak etdiyi təqdimetmə mərasimində bildirilib ki, qaliblər ictimaiyyət arasında keçirilmiş sorğu nəticəsində müəyyənləşdirilib.

Beləliklə, “İlin ən yaxşı” radiosu nominasiyasında 107.7 “AvtoFM” qalib gəlib. Mükafat radionun baş koordinatoru Zaur Darabzadəyə təqdim olunub.

ATV “İlin telekanalı”, AzTV isə “İlin xəbərlər xidməti” nominasiyasında qalib gəlib.

Qeyd edək ki, 107.7 “AvtoFM” Azərbaycanın Nəqliyyat Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin nəzdində fəaliyyət göstərir.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri