20 
Okt
2014
17:13
28
93
5733
Virtual karabakh

Azərbaycana gətirilən bananlar Ebola daşıyıcısıdır?

20 Okt, 2014
17:13
5733

Azərbaycana gətirilən bananlar Ebola daşıyıcısıdır?

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Həkim kimi onu məsləhət görmürəm”.

Ümumiyyətlə, banan uşaqlar üçün yararsızdır. Təəssüf ki, bu meyvə bir çox ailələrdə uşaqların əsas qidasına daxil edilib. O ki qaldı Ebola virusunun daşıyıcısı olmasına, bu barədə nə eşitmişəm, nə də məlumatım var. Bu ola da bilər, amma reallığını təsdiq edəcək faktla qarşılaşmamışam.

Oxu.Az xəbər verir ki, bunu Modern.az-a açıqlamasında respublikanın baş pediatrı Nəsib Quliyev bananın Ebola daşıyıcısı olması ehtimalına münasibət bildirərkən söyləyib.

Həkim iddia edib ki, bizim ölkəyə gətirilən bananları yetişməmiş palmalardan yığırlar, hansı ki, bu meyvələr dəmir kimi olur. 

“Kal-kal yığıb Azərbaycana gətirir, uzun müddət burda anbarlarda saxlayırlar, saralanda, yəni xarab olanda satışa çıxarırlar. Əslində banan palma ağacında yetişməlidir. Ağacda yetişdikdən sonra dərilən banan istifadəyə tam yararlıdır. Bizim iqlimlə, torpaqla uyğunlaşan qida olmadığından bananın Azərbaycanda istifadəsi də məqbul sayılmır. Bu meyvə isti iqlimi olan Afrika ölkələri üçün daha yararlıdır. Mən həkim kimi bananı Azərbaycanda uşaqlara məsləhət görmürəm”.

Qeyd edək ki, banan Afrika və Cənubi Afrika ərazisində yetişir, Ebola virusunun məhz həmin ərazidə geniş yayıldığı üçün, bəzi insanlarda dəhşətli virusa bu yolla yoluxmanın mümkünlüyü fikri yaranıb.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri