May
2015
18:07
18
84
2352
Virtual karabakh

“Tour d’Azerbaidjan 2015” beynəlxalq veloyürüşü ilə bağlı bu yollar bağlanır

8 May, 2015
18:07
2352

“Tour d’Azerbaidjan 2015” beynəlxalq veloyürüşü ilə bağlı bu yollar bağlanır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

DYP məlumat yayıb.

“Tour d’Azerbaidjan 2015” beynəlxalq veloyürüşü ilə bağlı Azərbaycanda bəzi magistral yollar bağlı olacaq. 

Baş Dövlət Yol Polisi İdarəsindən Oxu.Az-a verilən məlumata görə, Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) 2.1 kateqoriyalı “Tour d’Azerbaidjan 2015” beynəlxalq veloyürüşünün 4-cü mərhələsinin keçirilməsi ilə əlaqədar mayın 9-u tarixində aşağıdakı yollarda qeyd olunan müddət ərzində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq:
 
Ağdaş-Zarağan-Qəbələ yolu (hər iki istiqamətdə) saat 09:00-dən 10:50-dək,
 
Ağdaş-Xaldan-Yevlax yolu (hər iki istiqamətdə) saat 10:40-dan 11:10-dək,
 
Xaldan-Yevlax-Aran-Mingəçevir yolu (hər iki istiqamətdə) saat 11:00-dan 14:00-dək fasilələrlə.

E.Ə.
www.oxu.az

 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri