21 
May
2015
14:33
120
37
7115
Virtual karabakh

MTRŞ rəsmisindən Mətanətin sözlərinə reaksiya

21 May, 2015
14:33
7115

MTRŞ rəsmisindən Mətanətin sözlərinə reaksiya

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Aparıcılar işlətdikləri hər kəlməyə fikir verməlidirlər”.

Milli Televiziya və Radio Şurasının Ekspertiza, proqramlaşdırma və analitik şöbəsinin müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru Təvəkkül Dadaşov ATV-nin aparıcısı Mətanət Əliverdiyevanın Bakıdakı yanğın faciəsi ilə efirdə səsləndirdiyi fikirlərə münasibət bildirib. 

Oxu.Az xəbər verir ki, T.Dadaşov bu barədə sosial şəbəkədə yazı paylaşıb:

“Ümumiyyətlə, cəmiyyət və ölkə miqyasında həssas mövzulardan bəhs edərkən aparıcılar maksimum diqqətli olmalı, işlətdikləri hər kəlməyə fikir verməlidirlər. Çünki onlar milyonlarla tamaşaçının önünə çıxırlar. Onların işlətdiyi hər bir ehtiyatsız ifadə belə həssas məqamda qıcığa səbəb ola bilər. Lakin inandırıcı deyil ki, "Gündəlik" verilişinin aparıcısı faciədə yaxınlarını itirmiş insanları qıcıqlandırmaq üçün həmin ifadələri işlətsin. Düşünmək olar ki, o, öz imkanları daxilində bir növ cəmiyyətdə baş vermiş faciənin geniş panikaya çevrilməsinin qarşısını almaq niyyəti güdürmüş, lakin bunu ifadə edərkən müəyyən qədər ehtiyatsız ifadələrdən istifadə edib. Aparıcı kanalın bu günkü efirindəki digər verilişdəki davranışı ilə də müəyyən anlaşılmazlıq olduğunu nümayiş etdirdi. Məsləhət kimi çıxmasın, yaxşı olardı ki, elektron informasiya vasitələri, sosial şəbəkə istifadəçiləri bir aparıcının qeyri-korrekt danışığını çox da ciddiyə alıb müzakirəyə çevirməsinlər. Çünki bu, cəmiyyətdə emosiyaların daha da qızışmasına səbəb ola bilər. Ümumiyyətlə, bu hal bir daha göstərir ki, bəzi aparıcıların öz peşəkarlığını, ekstremal situasiyalara hazırlıq səviyyələrini artırmağa ehtiyacı vardır".

Aytən Sadıqzadə
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri