İyl
2015
15:29
372
123
49619
Virtual karabakh

Müğənninin təhqir olunduğu veriliş bağlandı – VİDEO

2 İyl, 2015
15:29
49619

Müğənninin təhqir olunduğu veriliş bağlandı – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Space” rəsmisi danışdı.

3 gün öncə qalmaqal baş vermiş “Space” televiziyasının “Günaydın” proqramının bağlanması barədə qərar qəbul edilib.

Oxu.Az xəbər verir ki, bunu Trend-ə “Space” televiziyasının icraçı direktoru Kamil Şahverdiyev deyib.

İyunun 30-da “Space” televiziyasında yayımlanan “Günaydın” verilişində baş verənlərlə bağlı kanalın rəhbərliyi ictimaiyyətdən və Milli Televiziya və Radio Şurasından (MTRŞ) üzr istəyib.

K.Şahverdiyevin sözlərinə görə, baş verən qalmaqallı hadisə ilə bağlı tədbir görüləcək:

“Televiziyada baş verən hadisə ilə bağlı müzakirələr aparılıb və konkret tədbirlər görülməsi barədə qərar qəbul edilib. Belə ki, iyulun 17-dən etibarən “Günaydın” proqramının verilişi dayandırılacaq və proqram bağlanacaq”.

Qeyd edək ki, iyunun 30-da “Space” televiziyasında efirə yayımlanan “Günaydın” verilişində yazar Əziz Musaoğlu ilə müğənni Mətanət Əsədova arasında qalmaqal baş verib. Verilişdə qonaqlar bir-birinin ünvanına söyüşlər səsləndiriblər.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri