30 
İyl
2015
18:15
129
83
16979
Virtual karabakh

Çəkələklə maşını idarə edən sürücülər cəzalana bilərmi?

30 İyl, 2015
18:15
16979

Çəkələklə maşını idarə edən sürücülər cəzalana bilərmi?

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ekspert məsələyə münasibət bildirib.

Dövlət Yol Polisi çəkələklə nəqliyyat vasitəsini idarə edən sürücüyə qarşı heç bir cəza tətbiq edə bilməz.

Bunu Oxu.Az-a yol hərəkəti üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov deyib.

Ərşad Hüseynovun sözlərinə görə, yol hərəkəti qaydaları sürücünün geyiminə, o cümlədən ayaqqabısına, yaxud sürücünün üzərində olan hər hansı aksesuarlara (eynək, saat, baş geyimləri və s.) dair hər hansı tələb irəli sürmür:

“Belə bir tələb olmadığına görə sürücünün konkret vəziyyətdə geyiminə, ayaqqabısına görə saxlanılaraq məsuliyyətə cəlb edilməsi də nəzərdə tutulmur”.

Lakin ekspert də sürücülərə nəqliyyat vasitələrini idarə edərkən münasib ayaqqabıdan istifadə etməyi tövsiyə edib:

“Yolda hərəkət təhlükəsizliyi qaydaları avtomobili idarə edərkən münasib ayaqqabıdan istifadə etməyi tövsiyə edir və həmin tövsiyəyə mütləq riayət etmək lazımdır. Hər bir halda təhlükəsizliklə bağlı hər şeyə son dərəcə diqqətlə yanaşmaq zəruridir”.

Qeyd edək ki, bu gün DYP Azərbaycanda çəkələk geyinən sürücülərə xəbərdarlıq edib. Daxili İşlər Nazirliyi (DİN) Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov bildirib ki, çəkələklərlə avtomobil idarə edən sürücülərə qarşı müvafiq tədbirlər görüləcək. 

Elvin Əhmədov
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri