30 
İyl
2015
22:21
157
39
13688
Virtual karabakh

Bakıda qəzaya düşən idmançıdan xəbər var

30 İyl, 2015
22:21
13688

Bakıda qəzaya düşən idmançıdan xəbər var

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Avstriyalı atletin vəziyyəti...

İyunun 10-da Bakıda avtobus qəzası keçirmiş avstriyalı sinxron üzgüçü Vanessa Sehinoviçin səhhəti gündən-günə yaxşılaşır. 

Oxu.Az-ın AzərTAc-a istinadən Azərbaycanın Avstriyadakı səfirliyinin məlumatına görə, avstriyalı atletin vəziyyəti sabitdir və onun sağlamlığı üçün bütün lazımi tədbirlər həyata keçirilir. 

İntensiv terapiya şöbəsindən normal stasionar şöbəyə köçürülən V.Sehinoviçin müalicəsi artıq bu şöbədə davam etdirilir. Hazırda gənc atletin xəstəxananı tərk etdikdən sonra müvafiq reabilitasiya kursu keçməsi üçün uyğun bərpa-reabilitasiya mərkəzləri arasında seçim edilir. 

Azərbaycanın Avstriyadakı səfirliyi ölkəmizin müvafiq dövlət qurumları ilə koordinasiyalı şəkildə həm Vanessaya, həm də onun ailəsinə müvafiq diqqət və qayğı göstərir.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri