Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Bakıda gənclər Novxanı çimərliyini zibillikdən təmizlədi – FOTO
Bakıda Beynəlxalq Sahilyanı Ərazilərdə Təmizlik Günü çərçivəsində ölkə tarixinin ən böyük Xəzər sahilyanı təmizlik aksiyası baş tutub.
Oxu.Az xəbər verir ki, aksiyada 450-yə qədər iştirakçı böyük miqyasda məişət tullantıları ilə çirklənmiş Binəqədi rayonunda yerləşən ictimai Novxanı çimərliyi zonasında təmizlik aksiyası keçirib.
Aksiya çərçivəsində Novxanı çimərliyi ərazisində toplanmış məişət tullantıları təmizlənərək, 10 tona qədər zibil yığılıb.
Layihədə iştirak edən insanlar layihənin köynəkləri, əlcəklər, zibil torbaları, sanitar və təmizlik ləvazimatları, su məhsulları, aksiya bitdikdən sonra isə sahil kənarı yerdə nahar yeməyi ilə təmin olundu.
Qeyd edək ki, aksiya Green Baku Ekoloji gənclər birliyi və Coca-Cola şirkətinin birgə fəaliyyəti çərçivəsində həyata keçirilib. Layihə əsas partnyorlar - “ASAN xidmət” nəzdində fəaliyyət göstərən “Green ASAN”, Binəqədi rayon İcra Hakimiyyəti və Bakcell tərəfindən dəstəklənir.
E.Ə.
www.oxu.az
"ASAN xidmət" teqi üzrə xəbərlər
- Binəqədidə evlər su altında QALDI
- Cəmi 20% ilkin ödənişlə "Park Yasamal"da tam təmirli mənzil sahibi olun - "Kristal Abşeron"
- "ASAN xidmət" hansı tətil günlərində işləyəcək?
- Bakı və Sumqayıtda birinci sinfə müraciət qəbulunun müddəti uzadılıb
- 1 saylı Sumqayıt "ASAN xidmət" fəaliyyətini qismən məhdudlaşdırıb