May
2016
21:23
776
51
15633
Virtual karabakh

Raket və Artilleriya Qoşunları təlimlərə başladı

3 May, 2016
21:23
15633

Raket və Artilleriya Qoşunları təlimlərə başladı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Msta S” haubitsaları döyüş vəziyyətinə gətirildi.

Müdafiə nazirinin təsdiq etdiyi hazırlıq planına əsasən Raket və Artilleriya Qoşunlarının təlimləri başlayıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Oxu.Az-a daxil olan məlumata görə, təlimlərdə Rusiyadan alınaraq ölkəmizə gətirilən və qoşunların silahlanmasına yeni daxil olan “Msta S” özüyeriyən haubitsaların praktiki istifadəsi şəxsi heyət tərəfindən həyata keçirilir.

Döyüş vəziyyətinə uyğun səhra şəraitində keçirilən təlimlərdə yüksək dağıdıcı qüvvəyə malik artilleriya sistemlərinin döyüş atışı vəziyyətinə gətirilməsi, digər qoşun növləri ilə uzlaşmada effektiv tətbiqi və hərbi elementlərin praktiki icrası təkmilləşdirilir.

Təlimlərdə müxtəlif məsafələrdə yerləşən tək və cəm halında olan şərti hədəflərin pilotsuz uçuş aparatı vasitəsilə aşkarlanması, koordinatların təyin olunaraq məhv edilməsi üzrə tapşırıqlar da yerinə yetirilir.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri