Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

“Qasırğa”ların Azərbaycana çatdırılması tamamlanıb
Azərbaycanın Türkiyəyə sifariş verdiyi T-300 “Qasırğa” artilleriya sistemlərinin çatdırılması tamamlanıb.
Oxu.Az xəbər verir ki, bu barədə AzeriDefence saytına ROKETSAN şirkətindən məlumat verilib.
Artilleriya sistemlərinin çatdırılması bu il yekunlaşıb. Sistemlərin çatdırılması ilə yanaşı, onu idarə edən heyətə də müvafiq təlimlər keçirilib.
“KamAZ” avtomaşınlarının şassisi üzərində yerləşən Azərbaycan “Qasırğa”ları universal dizayna malikdir.
T-300 “Qasırğa” kompleksinin atış mənzili 105 km, yeni hazırlanmış TRG-300 idarə olunan raketlərlə 120 km-dir. GPS və İNS naviqasiyasına malik TRG-300 raketinin dəqiqliyi maksimum məsafədə 30 metr təşkil edir. TRG-300 raketinin uzunluğu 5,24 metr, ağırlığı 585 kiloqramdır.
Yeri gəlmişkən, ROKETSAN şirkəti “ADEX-2016” sərgisində TRG-300 raketini də Azərbaycan Silahlı Qüvvələri üçün nümayiş etdirəcək.
A.M.
"Türkiyə" teqi üzrə xəbərlər
- Məşhur türkiyəli aktrisanın əri də aktyorluğa başladı: Eyni filmə çəkildilər
- Türkiyədə yaşayan aktrisa Nesrin Cavadzadə serialdakı partnyoru ilə sevgili oldu
- Türkiyədə satılan dərmanlar qumar və cinsi asılılıq yaradır
- Türkiyədə hava limanı əməkdaşı təyyarənin yük hissəsində unuduldu
- Zəngəzur dəhlizinin Türkiyə hissəsi ilə bağlı qarşıdakı aylarda işlərə başlanacaq