26 
İyn
2017
16:24
31
262
8975
Virtual karabakh

Qətərə – SƏRT XƏBƏRDARLIQ

26 İyn, 2017
16:24
8975

Qətərə – SƏRT XƏBƏRDARLIQ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bəhreynin xarici işlər naziri Xalid bin Əhməd bin Al Xəlifə rəsmi Dohanın region ölkələri ilə razılıqlara əməl etmədiyi təqdirdə Qətəri “təcili regional müdaxilə ilə hədələyib”.

Oxu.Az-ın məlumatına görə, Al Xəlifə bu barədə öz Twitter səhifəsində yazıb.

“Ya Qətər regiondakı mövcud ümumi müdafiəyə dair razılıqlara əməl edəcək, ya da onu təcili regional müdaxilə gözləyir”, - o yazıb.

Nazirin sözlərinə görə, Qətər qonşu dövlətlərlə diplomatik münaqişədən sonra ölkəyə xarici hərbçiləri dəvət edərək vəziyyəti daha da gərginləşdirib.

“Qətərlə münaqişənin əsası yalnız siyasi arenada olub, xaricdən hərbçilərin dəvət olunması - hərbi gərginliyin artırılması deməkdir. Bunun məsuliyyəti bütövlüklə rəsmi Dohanın üzərinə düşür”, - Al Xəlifə qeyd edib.

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri