15 
Yan
2023
14:23
29
463
8730
Virtual karabakh

Nepalda matəm elan olundu - YENİLƏNİB + VİDEO

15 Yan, 2023
14:23
8730

Nepalda matəm elan olundu - YENİLƏNİB + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Nepal hakimiyyəti bazar ertəsi gününü Poxara şəhərində təyyarə qəzası qurbanlarının xatirəsinə milli matəm günü elan edib.

Son məlumatlara görə, 67 nəfərin öldüyü təsdiqlənib.

Beynəlxalq hava limanına yaxınlaşarkən qəzaya uğrayan Yeti Hava Yollarına məxsus ATR 72-500 təyyarəsinin göyərtəsində dördü ekipaj üzvü olmaqla ümumilikdə 72 nəfər olub.

Təyyarə Katmandudan havaya qalxıb. İlkin məlumata görə, qəzaya səbəb təyyarənin texniki nasazlığı olub.

Poxara hava limanı müvəqqəti bağlanıb. Təyyarənin göyərtəsində 5 Hindistan, 4 Rusiya, 2 Koreya, hər biri İrlandiya, Argentina, Avstraliya və Fransadan olan 15 əcnəbi olub. Qalan 53 nəfər nepallı idi.

Mənbə: İnterfaks

11:53

Nepalda qəzaya uğrayan təyyarənin bütün sərnişinləri və ekipaj üzvləri həlak olub.

Bu barədə Hindistanın “News18” telekanalı yerli hakimiyyət nümayəndələrinə istinadən məlumat yayıb.

Daha əvvəl laynerin qəzaya uğraması nəticəsində azı 45 öldüyü bildirilmişdi.

Nepalın baş naziri Puşpa Kamal Dahal ATR 72 təyyarəsinin qəzaya uğraması ilə bağlı hökumətin fövqəladə iclasını çağırıb.

Rusiya səfirliyi isə bildirib ki, qəzaya uğrayan təyyarənin göyərtəsində 4 Rusiya vətəndaşı olub.

11:09

Nepalda göyərtəsində 68 sərnişin və 4 ekipaj üzvü olan “Yeti” Hava Yollarına məxsus sərnişin təyyarəsi Poxara Beynəlxalq Hava Limanında uçuş-enmə zolağında qəzaya uğrayıb.

Qəza layner havaya qalxarkən baş verib.

Məlumata görə, hazırda xilasetmə işləri aparılır, hava limanı müvəqqəti bağlanıb.

Sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində azı 30 nəfər ölüb.

Aviaşirkətin sözçüsü Sudarşan Bartola bildirib ki, təyyarə qəzasında sağ qalanların olub-olmadığı hələlik məlum deyil.

O qeyd edib ki, Fransa-İtaliya konserni tərəfindən istehsal olunan ATR 72 təyyarə 74 sərnişini daşımaq üçün nəzərdə tutulub.

Mənbə: Reuters

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri