Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Dövlət Neft Fondunun dünya üzrə 500-dən çox daşınmaz əmlak obyektində payı var
"Dünyanın müxtəlif yerlərində 500-dən çox daşınmaz əmlak obyektində bizim payımız var".
Oxu.Az-ın məlumatına görə, bu sözləri Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) "Media Dialoqu: 2024-cü ilin investisiya yekunları və 2025-ci ilin perspektivləri" adlı tədbirində İnvestisiya departamentinin direktoru Fərhad Zeynalov deyib.
O qeyd edib ki, keçən il ərzində qızıl alışları bərpa olunub: "İl ərzində təxminən 45 tona yaxın qızıl külçələri alınıb və ötən ilin sonuna ümumi qızıl portfelimiz 147 tona yaxın olub. Bu il ərzində də qızıl alışlarımızı davam etdirəcəyik. Qızılın fondun investisiya siyasətinin aktiv bölgüsündə 25 faiz paya çatdırılması nəzərdə tutulur", - deyə F.Zeynalov əlavə edib.
Məhərrəm Əliyev
"Azərbaycan Dövlət Neft Fondu" teqi üzrə xəbərlər
- Azərbaycan Dövlət Neft Fondunun daşınmaz əmlaka investisiyalarının həcmi açıqlandı
- Bəhruz Bəhramov ARDNF-nin neft gəlirlərindən gözləntiləri açıqladı
- Toğrul Rəhimbəyli: "Fondun investisiya siyasətinin bölgüsündə istiqrazlar 40% paya sahib olacaq"
- Vadim Pşeniçnıy: "ARDNF-nin investisiya portfeli 60 milyard dollara çatıb"
- Dövlət Neft Fondunun aktivləri 60 milyard dolları keçib