Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Azərbaycan Dövlət Neft Fondunun daşınmaz əmlaka investisiyalarının həcmi açıqlandı
"Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) daşınmaz əmlaka investisiyaları 3.5 milyard ABŞ dollarına, portfeldə payı isə 5.9%-ə çatıb".
Oxu.Az-ın məlumatına görə, bu fikirləri Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) "Media dialoqu: 2024-cü ilin investisiya yekunları və 2025-ci ilin perspektivləri" adlı tədbirində investisiya departamentinin direktoru Fərhad Zeynalov deyib.
O qeyd edib ki, fond indiyə kimi daşınmaz əmlaklara yatırımlardan 1 milyard dollar gəlir əldə edib:
"Daşınmaz əmlakın gəlirliliyi 2.9% təşkil edib. 2025-ci ildə də ARDNF daşınmaz əmlaklara investisiyaları davam etdirməyi planlaşdırır".
Məhərrəm Əliyev
"Azərbaycan Dövlət Neft Fondu" teqi üzrə xəbərlər
- Dövlət Neft Fondunun dünya üzrə 500-dən çox daşınmaz əmlak obyektində payı var
- Bəhruz Bəhramov ARDNF-nin neft gəlirlərindən gözləntiləri açıqladı
- Toğrul Rəhimbəyli: "Fondun investisiya siyasətinin bölgüsündə istiqrazlar 40% paya sahib olacaq"
- Vadim Pşeniçnıy: "ARDNF-nin investisiya portfeli 60 milyard dollara çatıb"
- Dövlət Neft Fondunun aktivləri 60 milyard dolları keçib