Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Camışçılığın inkişafı ətin qiymətinə təsir edəcək?
İqtisadi cəhətdən gəlirli sahə sayılan camışçılığa maraq nəzərəçarpacaq dərəcədə azalıb. Xüsusi qulluq tələb etməyən bu sahə əsasən ətlik-südlük istiqamətində rentabelli sayılır. Lakin nədənsə ətindən çox onun süd məhsullarına maraq daha böyükdür.
"Camış əti almaq istəyən olmur. Bu heyvanın kəsilməməsinin səbəbi onun südünə, qatığına daha çox tələbatın olmasıdır", - qəssab Baku TV-yə danışarkən deyib.
Fermerlər isə camışçılığa marağın azalmasının səbəblərinə aydınlıq gətiriblər.
"Saxlamağa şərait yoxdur. Yem də bahadır. Ona görə də, saylarını azalda-azalda iki camışın ümidinə qalmışıq", - deyə fermer Aidə Mehdiyeva bildirib.
Qeyd edək ki, Prezident İlham Əliyevin imzaladığı fərmanla "Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası"na edilən dəyişikliyə əsasən, bundan sonra doğulan hər sağlam balaqa - camış balasına görə subsidiyanın verilməsi nəzərdə tutulur.
Təsərrüfatçılar belə bir qərarın bu sahəyə marağın artacağına təkan verəcəyini bildirirlər. Ekspertlər isə deyirlər ki, camışçılığın inkişafı ətin qiymətinə ciddi təsir etməsə də, süd məhsullarının istehsalına müsbət təsir göstərə bilər.
Ətraflı süjetdə:

"Fermer təsərrüfatı" teqi üzrə xəbərlər
- Sərt qış fermerləri çətin vəziyyətdə qoyub: 5 min manatlıq ziyan dəyib
- Bütün işlərini günəş panelindən istifadə edərək görən fermer
- "Qarpızları Bakıya vertolyotla aparıb sərgiyə qoyurdular" - Yerli fermerlər köhnə dad axtarışında
- Kartof bazarı: Satıcı gülür, alıcı isə məyusdur - SƏBƏB + "Kaspi"nin TƏHLİLİ