Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Kreml ABŞ nümayəndəsini sülh danışıqlarından kənarlaşdırdı
Prezident Donald Trampın Ukrayna və Rusiya üzrə xüsusi nümayəndəsi Kit Kelloq münaqişənin dayandırılması ilə bağlı Moskva ilə yüksəksəviyyəli danışıqlardan kənarlaşdırılıb. Bu, Kremlin onun iştirakını istəmədiyini bildirməsindən sonra baş verib.
Oxu.Az-ın məlumatına görə, bu barədə "NBC News" telekanalına ABŞ Administrasiyasının yüksək rütbəli nümayəndəsi bildirib.
Onun sözlərinə görə, Kelloq Ukraynaya həddindən artıq yaxındır.
"Bizim adamımız deyil, axtardığımız kalibrə uyğun deyil", - deyə bu məsələ ilə bağlı açıq danışmağa səlahiyyəti olmayan rəsmi şəxs əlavə edib.
Qeyd edək ki, istefada olan general-leytenant Kit Kelloq danışıqların onun səlahiyyətlərinə daxil olmasına baxmayaraq Səudiyyə Ərəbistanında biri Rusiya rəsmiləri ilə, digəri isə ukraynalılarla keçirilən son iki sammitdə iştirak etməyib.
Daha əvvəl Kelloq Ukraynanın müdafiə qabiliyyətinin gücləndirilməsini və ABŞ tərəfindən silahlandırılmasını dəstəkləyirdi. Onun fikrincə, bu, Rusiyanın atəşkəs və ya sülh sazişindən sonra daha irəli getməyəcəyinə və yenidən hücum etməyəcəyinə zəmanət verməli idi.
80 yaşlı Kelloq ABŞ prezidentinin qətiyyətli tərəfdarıdır. O, Trampın ilk müddətində müxtəlif vəzifələr tutub, o cümlədən vitse-prezident Mayk Pensin milli təhlükəsizlik üzrə müşaviri olub.
"Rusiya ilə Ukrayna arasında sülh danışıqları" teqi üzrə xəbərlər
- Tramp: "Səudiyyə Ərəbistanında Ukrayna ilə bağlı böyük irəliləyiş əldə edilib"
- Ağ Ev: "Rusiya və ABŞ Qara dənizlə bağlı razılığa gəliblər"
- ABŞ və Ukrayna nümayəndə heyətləri arasında danışıqlar yekunlaşıb
- ABŞ Rusiya ilə danışıqlarda real irəliləyiş gözləyir
- Uitkoff ABŞ və Rusiya arasında növbəti danışıqların tarixini açıqlayıb