Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Kreml Putinin sabah Trampla telefonla danışacağını təsdiqlədi
Kreml Rusiya Prezidenti Vladimir Putinlə ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığının martın 18-də baş tutacağını təsdiqləyib.
Oxu.Az xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.
V.Putinin sözçüsü iki ölkə rəhbəri arasında gözlənilən müzakirənin təfərrüatlarını açıqlamayıb.
ABŞ Prezidenti Donald Tramp martın 18-də rusiyalı həmkarı Vladimir Putinlə danışmağı planlaşdırdığını açıqlayıb.
Oxu.Az bu barədə TASS agentliyinə istinadən xəbər verib.
"Düşünürəm ki, bizimlə Rusiya arasında hər şey yaxşı gedir. Çərşənbə axşamına qədər nəyisə elan etməyimiz mümkündür. Mən çərşənbə axşamı Prezident Putinlə danışacağam", - deyə Ağ Ev rəhbəri jurnalistlərə verdiyi açıqlamasında vurğulayıb.
D.Tramp bildirib ki, V.Putinlə söhbəti zamanı ərazilər məsələsini müzakirə etmək niyyətindədir.
"Biz ərazilərdən danışacağıq. Elektrik stansiyalarından danışacağıq, çünki bu, böyük məsələdir", - deyə D.Tramp qeyd edib.
"Donald Tramp" teqi üzrə xəbərlər
- Tramp: "Səudiyyə Ərəbistanında Ukrayna ilə bağlı böyük irəliləyiş əldə edilib"
- Rusiya və ABŞ arasında tam razılaşma mümkündür?
- Trampın bəyənmədiyi portreti - "Baku TV Ru"nun xüsusi müxbiri Kapitoli binasında
- Tramp - Mask tandemi "Tesla"nın gələcəyini xilas edəcəkmi?
- ABŞ Ukrayna ilə razılığa gəlib: Saziş imzalanacaq