Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Qurbanqulu Berdiməhəmmədov İlham Əliyevi təbrik edib
Türkmən xalqının Milli Lideri, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov Prezident İlham Əliyevə təbrik məktubu göndərib.
Oxu.Az President.az-a istinadən xəbər verir ki, məktubda deyilir:
"Hörmətli İlham Heydər oğlu.
Beynəlxalq bayram - Novruz münasibətilə səmimi təbriklərimi və ən xoş arzularımı Sizə göndərməkdən şərəf duyuram.
Baharın gecə ilə gündüzün bərabər olduğu günlərində qeyd olunan beynəlxalq Novruz bayramı bəşəriyyətin ən qədim mədəni irslərindən biridir. Kökləri minilliklərin dərinliklərinə qədər uzanan bu gözəl bayram təkcə təbiətin oyanışının deyil, həm də qarşılıqlı ehtiramın, dinc yanaşı yaşamağın, qarşılıqlı anlaşmanın və zəhmətsevərliyin rəmzidir.
Qoy, bu əziz bayram Sizin və ölkənizin bütün xalqı üçün sülh, sevinc və yeni nailiyyətlərlə əlamətdar olsun".
"İlham Əliyev" teqi üzrə xəbərlər
- Azərbaycanda ilkin hərbi qeydiyyata alınmaqdan boyun qaçıranlar 100 manat məbləğində cərimələnəcək
- "Aviasiya haqqında" Qanuna dəyişiklik edildi
- "Ətraf mühitin mühafizəsi haqqında" Qanuna dəyişiklik edildi
- Prezident İlham Əliyev Latviya ilə imzalanan sənədi təsdiqlədi
- Prezident İlham Əliyev Sloveniyanın xarici işlər nazirini qəbul edib