Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Aleksandr Lukaşenko İlham Əliyevə təbrik məktubu göndərib
Belarus Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Oxu.Az President.az-a istinadla xəbər verir ki, məktubda deyilir:
"Hörmətli İlham Heydər oğlu.
Təbiətin oyanışının və həyatın yeni mərhələsinin başlanğıcının, daha yaxşı gələcəyə inamın rəmzi olan gözəl Novruz bayramı münasibətilə Sizi ürəkdən təbrik edirəm.
Əminəm ki, Belarus ilə Azərbaycan arasında mövcud olan xoşniyyətli münasibətlər dövlətlərimizin xalqlarının rifahı naminə ikitərəfli əlaqələrin bütün sahələrdə bundan sonra da genişlənməsinə kömək edəcək.
Bu əlamətdar bayram günündə Sizə möhkəm cansağlığı və planlarınızın uğurla həyata keçməsində uğurlar, ölkənizin əhalisinə sülh və əmin-amanlıq arzulayıram".
"İlham Əliyev" teqi üzrə xəbərlər
- Azərbaycanın Gürcüstandakı səfirliyində yeni vəzifə təsis olundu
- Nazir müşaviri: "Uşaq təhsilə altı yaşında başlayırsa, üç il itirilmiş hesab olunur"
- Qaz təchizatı ilə bağlı bir sıra qanun və fərmanlarda dəyişiklik edildi
- Məsud Pezeşkian İlham Əliyevə təşəkkür etdi
- İlham Əliyev və Məsud Pezeşkian Azərbaycan-İran biznes forumunda iştirak ediblər