Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb olunan Xaçmaz sakini SAXLANILDI
Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən daxil olan məlumat əsasında keçirilən əməliyyat nəticəsində 39 yaşlı Rəşad Dadaşzadə saxlanılıb. Ondan 2 kiloqram marixuana, yarım kiloqram tiryək, külli miqdarda psixotrop maddə metamfetamin və metadon həblər aşkarlanaraq götürülüb.
Oxu.Az-ın məlumatına görə, R.Dadaşzadə ifadəsində şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb olunduğunu və narkotikləri maddi gəlir qarşılığında gizli yerdən götürərək ayrı-ayrı ünvanlara çatdırmağı planlaşdırdığını bildirib.
Faktla bağlı cinayət işi başlanılıb və məhkəmənin qərarı ilə saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
Ümumilikdə isə Xaçmaz rayonunda son həftə ərzində polisin keçirdiyi tədbirlər zamanı narkotiklərlə əlaqəli 10 fakt aşkarlanıb və nəticədə 3 kiloqram narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.
"Narkotik vasitələrin qanunsuz dövriyyəsi" teqi üzrə xəbərlər
- Tramp dünyanın ən təhlükəli cinayətkar dəstələrindən birinin başçısının həbs olunduğunu açıqladı
- İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb olunan ŞƏXS SAXLANILDI
- Azərbaycana İrandan PUA vasitəsilə narkotik keçirməyə cəhd edilib: Saxlanılanlar var
- Penitensiar xidmət və DİN-dən BİRGƏ ƏMƏLİYYAT
- Narkotik vasitənin təsiri altında olan sürücü saxlanıldı