Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Vətəndaş kiberdələduzluğun qurbanı oldu: Kartından 27 min manat oğurlandı
Vətəndaşın bank kartından kiber üsulla 27 283 AZN oğurlanıb.
Oxu.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi polis polkovnik-leytenantı Elşad Hacıyev məlumat yayıb.
"+94….. (+994… AZE oxşarlığı) kodlu xarici nömrədən zəng edilib ki, sizə sığorta ödənişi var, onlayn formatı təsdiqləməlisiniz", - E.Hacıyev vurğulayıb.
O qeyd edib ki, seçilən qurbanın onlayn görüntüləri əldə edilərək adına bankdan 21 000 manat kredit çəkilib:
"Əlavə vəsait isə kartında olub. Naməlum şəxs Hacıqabulda olan qurbana nə deyibsə, o bunu yerinə yetirib, bütün sorğuları və kodları təsdiqləyib".
"Bir daha vətəndaşları naməlum zənglərdən, cəlbedici qazanc, sığorta, bank hesablarının möhkəmləndirilməsi, mədaxil üzrə ödənişlərlə əlaqəli təkliflərə diqqətlə yanaşmağı tövsiyə edirik. Naməlum zənglərlə, mesajlarla danışıq aparılmamalıdır, dərhal bloklanmalıdır. Əks halda aldadıb şəxsi məlumatlarınızı əldə etdikdən sonra pullarınızı talayacaqlar, adınıza kredit götürüləcəklər", - E.Hacıyev əlavə edib.
"Kiberdələduzluq (Kibercinayətkarlıq)" teqi üzrə xəbərlər
- Qurbanların sayı durmadan artır - Dələduzlardan özümüzü necə qoruyaq?
- Son bir gündə vətəndaşların bank kartlarından 21 394 manat oğurlanıb
- Bank kartlarında olan pullarımız təhlükədə: Onları necə qoruyaq?
- 254 milyon manatlıq CİNAYƏT: "Ailəm əsrlərdir, Bakıda yaşayır, beş-altı avtomobil niyə almayım ki?"
- Ötən gün vətəndaşların bank kartlarından 51 min manatdan çox pul oğurlanıb