Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

DYP bayram günləri yol hərəkəti iştirakçılarını diqqətli olmağa çağırır
Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) bayram günləri ilə bağlı hərəkət iştirakçılarına müraciət edib.
Bu barədə Oxu.Az-a BDYPİ-dən məlumat verilib.
Müraciətdə yollarda hərəkət intensivliyinin artacağı nəzərə alınaraq, sürücülərə sürət həddinə əməl etməyin, ötmə və manevretmə qaydalarına riayət etməyin, yorğun və yuxusuz halda sükan arxasına əyləşməməyin, həmçinin sərnişinlərin təhlükəsizliyini tam təmin etməyin vacibliyi bir daha xatırladılıb.
Baş Dövlət Yol Polisi İdarəsi sürücüləri və bütün yol hərəkəti iştirakçılarını diqqətli olmağa, qaydalara ciddi riayət etməyə və bayram sevincini təhlükəyə atmamağa çağırır.
"Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ)" teqi üzrə xəbərlər
- Narkotik vasitənin təsiri altında olan sürücü saxlanıldı
- Azərbaycanda bayram günlərində 12 yol-nəqliyyat hadisəsi olub
- Baş Dövlət Yol Polisi İdarəsindən sürücülərə XƏBƏRDARLIQ
- "İnsan bir neçə saniyə ərzində huşunu itirir" - BDYPİ-dən sürücülərə XƏBƏRDARLIQ
- Qaradağda külək TIR-ları çətin vəziyyətə saldı: QƏZA OLDU