Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Qaradağda külək TIR-ları çətin vəziyyətə saldı: QƏZA OLDU
Küləkli hava şəraiti Qaradağ rayonu ərazisində sürücüləri çətin vəziyyətə salıb.
Oxu.Az Avtosfer.az-istinadən xəbər verir ki, yükdaşıma fəaliyyəti ilə məşğul olan TIR-lardan birinin üzərindəki konteyneri külək yolun hərəkət hissəsinə aşırıb.
Digər yük maşınları isə aşmamaq üçün biri-birinə sığınaraq hərəkələrini davam etdiriblər. Onlardan birinin artıq təhlükəli vəziyyətdə olduğu videoda açıq şəkildə görünür.
Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) sürücülərə və sahibkarlara müraciət edərək belə hava şəraitində son dərəcədə diqqətli olmağı tövsiyə etsə də, bəzi hallarda buna diqqət edilməməsi ciddi təhlükə yaradır və qəzalara səbəb olur.
Həmin görüntüləri təqdim edirik:
"Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ)" teqi üzrə xəbərlər
- Baş Dövlət Yol Polisi İdarəsi həftəsonu səfərə hazırlaşan sürücülərə müraciət edib
- Şamaxıya gedən yolda hərəkət dayandı
- BDYPİ: "Ötən gün respublika ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınmayıb"
- Yol polisi sərnişindaşıma ilə məşğul olanlara müraciət edib
- BDYPİ: "Hava şəraiti ilə bağlı piyadaların təhlükəsizliyi xüsusi olaraq diqqətdə saxlanılır"