Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

İlaxır çərşənbədə tonqal səbəbindən neçə yanğın olub?
İlaxır çərşənbədə tonqal səbəbindən baş verən yanğınların sayı məlum olub.
Fövqəladə Hallar Nazirliyindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, İlaxır çərşənbədə tonqalların qalanması zamanı yanğın təhlükəsizliyi qaydalarına əməl olunmaması nəticəsində baş vermiş yanğınların söndürülməsi məqsədilə nazirliyin aidiyyəti qurumları tərəfindən 19 yanğına çıxış olub.
"Həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğınlar böyük fəsadlar törətməsinə imkan verilmədən qısa müddətdə söndürülüb", - deyə məlumatda əlavə olunub.
Məhərrəm Əliyev
"İlaxır çərşənbə" teqi üzrə xəbərlər
Ən çox oxunanlar