Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Gəncədə sərnişin avtobusu ilə minik maşını TOQQUŞDU: Xəsarət alanlar var
Gəncədə sərnişin avtobusunun minik avtomobili ilə toqquşması nəticəsində xəsarət alan şəxslərdən birinin son durumu məlum olub.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
Məlumatda deyilir ki, bu gün saat 15:30-da 1978-ci il təvəllüdlü şəxs (qadın cinsli) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Akademik Z.Məmmədov adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub:
"Çanaq sümüyünün sınığı diaqnozu təyin edilən şəxsin müalicəsi Travmatologiya şöbəsində davam etdirilir, vəziyyəti stabildir".
Gəncədə sərnişin avtobusu minik avtomobili ilə toqquşub, xəsarət alanlar var.
Oxu.Az xəbər verir ki, şəhərdaxili sərnişin daşıyan mikroavtobusla "Toyota" markalı avtomobilin toqquşması nəticəsində Daşkəsən rayon sakinləri, 1983-cü il təvəllüdlü T.Orucova və 1978-ci il təvəllüdlü Z.Bayramova müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yaralılar xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.