İranda İlaxır çərşənbə ilə bağlı keçirilən mərasimlərdə 19 nəfər həyatını itirib.
Oxu.Az bu barədə İranın "Isna" agentliyinə istinadən məlumat verib.
Ümumilikdə isə təkcə ötən gecə keçirilən bayram şənliklərində 5 568 nəfər xəsarət alıb.
İranın Qərbi Azərbaycan, Şərqi Azərbaycan və Tehran əyalətlərində İlaxır çərşənbə şənliklərində 1 308 nəfər xəsarət alıb.
"Azad İran" "Telegram" kanalı xəbər verir ki, bu barədə İranın Fövqəladə Hallar Mərkəzinin sözçüsü Babək Yektapərəst məlumat verib.
O qeyd edib ki, xəsarət alanların əksəriyyəti müxtəlif yanıq xəsarəti ilə xəstəxanalara yerləşdirilib.