Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Qərənfil yetişdirənlər 20 Yanvarda yaşadıqlarını danışdılar
Bakıda sevgi, məhəbbət rəmzi kimi yetişən qərənfillər soyuq rus bazarlarında ən çox satılan güllər sırasında idi.
20 Yanvar faciəsindən sonra isə bu gül elə də çox əkilmədi. Sevgi gülünün matəm gülünə çevrilməsi sanki insanların əl-qolunu bağladı. Elә bil o qırğının bütün ah-naləsi qərənfillərin üstünə çökdü. Baku TV-yə danışan qərənfil yetişdirənlər əvvəllər bu gülün onların ailələrinə xoşbəxtlik gətirdiyini qeyd ediblər.
"Əvvəllər qazancımız qərənfildən gəlirdi. Elə adam var idi ki, əkdiyi qərənfilin pulu ilə övladını da evləndirirdi, maşın da alırdı", - deyə Əli Mirzəyev söyləyib.
"Sovet ordusunun bizə güllə atmayacağına inanırdıq, - deyən qərənfil yetişdirən 20 Yanvar faciəsi zamanı yaşananlardan danışıb. - Güllənin dəyməyini gözümüzlə görürdük. Canını qurtara bilənlər də oldu, yaralananlar da, şəhid olanlar da. Həmin gün qərənfilləri atamın maşınına yığıb dəfn üçün Şəhidlər xiyabanına apardıq. O qədər gül yığılmışdı ki, hər yerdə qərənfil var idi".
Daha ətraflı videomaterialda:

"20 Yanvar - Ümumxalq Hüzn Günü" teqi üzrə xəbərlər
- Bakıda tıxacın aradan qaldırılması üçün həyata keçiriləcək LAYİHƏLƏR
- Zəngəzur dəhlizi: Azərbaycanın haqlı olduğu daha bir layihə
- Bakıda tikiləcək 10 yeni metro stansiyası ilə bağlı detallar AÇIQLANDI
- Lənkəranda törədilən iğtişaşlardan 35 il ötür: "Onlar müstəqilliyimizin əsasını qoydular"
- 20 Yanvar faciəsinin 35-ci ildönümünə həsr olunmuş karate turniri keçirilib