Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

"10 ildir deyirlər ki, yeni binaya köçürəcəyik" - Sakinlərə yalan vədlər verilir?
Bakı şəhərində Xətai rayonu, Babək prospekti 8 ünvanında yerləşən və 1998-ci ildə inşa edilən binanın sakinləri tikinti şirkətindən şikayətçidirlər.
19 mərtəbəli binanın sakinlər deyirlər ki, onlara illər əvvəl həmin ərazidə yeni inşa olunan binaya köçürüləcəkləri vədi verilib.
"Camaat 2014-cü ildən gözləyir ki, tikilən yeni binadan onlara ev veriləcək. Köhnə binadakı evlər təmirsiz, kommunikasiya xətləri bərbad haldadır, lift köhnəlib. Yaşamaq mümkün deyil", - deyə sakin narazılıq bildirib.
"10 ildir deyirlər ki, sizi yeni binaya köçürəcəyik. Bizə həqiqətən də ev verəcəklərsə, gözləyək. Əks halda, öz işimizi bilək", - başqa bir sakin deyib.
Ətraflı Baku TV-nin süjetində:

"Baku TV" teqi üzrə xəbərlər
- Qərbi Azərbaycan Xronikası: Göyçə, Zəngəzur və Tavuşun əhalisi 41,5 min azalıb
- "BakuBus"ın vakansiyasına insanlardan reaksiyalar: "Sürücülük qadın işi deyil"
- Nazir dəmir yolunda baş verən terrordan DANIŞDI: "Sərnişinlərin təhlükəsizliyi təhdid altındadır"
- Yasamalda sakinləri qorxu içində yaşamağa vadar edən TƏHLÜKƏ
- Adlar xarakterə necə təsir edir?