Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

12 yaşlı əkiz bacıların dəstəyə ehtiyacı var
12 yaşlı Zəhra və Fatimə Abbasovaların yardımsevər şəxslərin dəstəyinə ehtiyacı var.
Bu barədə Oxu.Az-a onların atası Ariz Abbasov məlumat verib.
O, övladlarının anadangəlmə bud-çanaq çıxığı problemindən əziyyət çəkdiklərini deyib:
"Zəhra və Fatimə əkizdirlər, onların 12 yaşları var. Anadangəlmə bud-çanaq çıxığı və ayaq əyriliyindən əziyyət çəkirlər. Onlar uşaq olarkən uzun illər müalicə alıblar. Haradasa üç ilə yaxın onların ayaqları müəyyən fasilələrlə gipsdə olub. Biz onlar doğulan gündən elə müalicələrdəyik".
Ariz Abbasov qızlarının müalicəsi üçün dəstəyə ehtiyacları olduğunu deyib:
"Övladlarımın müalicəsi üçün bu günə qədər əlimizdən gələn hər şeyi etmişik, amma artıq tamamilə tükənmişik. Aylardır onların müalicələri dayanıb. Müalicələr dayananda onların yerişləri lap pisləşir. Qızların bir kurs müalicəsi üçün bizim hazırda 1 400 manata ehtiyacımız var. Mən özüm günlük iş olduqda fəhlə işləyirəm, Saatlı rayonunda yaşayıram. Yardımsevər şəxslərdən bizə dəstək olmalarını xahiş edirəm".
Ailə ilə əlaqə: (051) 506-14-93.
"Kapital Bank": 4169 7388 8408 4215.
"Köməyə ehtiyacı olan insanlar" teqi üzrə xəbərlər
- Yeddi yaşlı Xəyalın anası: "Yalvarıram, balamı ölməyə qoymayın"
- Yeddi yaşlı Səmədin yardımsevər şəxslərin dəstəyinə ehtiyacı var
- 9-cu sinif şagirdinin anası: "Oğlum yalvarır ki, mənə kömək etsinlər, dözə bilmirəm"
- 17 yaşlı qızın dəstəyə ehtiyacı var: "İllərdir onu müalicələrlə həyatda tuturuq"
- Bir yaşlı Arzunun anası yardım diləyir: "Balamın addım atacağı günün xəyalları ilə yaşayıram"