Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
14 yaşlı Nərminin müalicəsi üçün 300 manata ehtiyacı var - FOTO
14 yaşlı Nərminin sizin dəstəyinizə ehtiyacı var.
Bu barədə Oxu.Az-a onun atası Əlihüseyn Rzayev məlumat verib.
O bildirib ki, övladı anadangəlmə spina bfida xəstəliyindən əziyyət çəkir:
“Nərmin anadangəlmə spina bfida xəstəliyindən əziyyət çəkir. Doğulduğu gündən müalicələrini vaxtı-vaxtında etsək də, artıq övladımın bədənində əyilmə gedir. Bunun üçün bir neçə ay əvvəl İranda əməliyyat olunduq. Hazırda Nərminin müalicələrini davam etdirmək üçün 300 manata ehtiyacımız var. Yardımsevər şəxslərdən bizə dəstək olmalarını xahiş edirəm. Övladım illərdir ağrı-acı içində yaşayır. Müalicələrini edə bilməyəndə bu ağrılar daha da şiddətlənir”
Ailə ilə əlaqə: (055) 289-75-54.
Kapital Bank: 4169 7388 9051 2845.