Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

14 yaşlı yeniyetmə ocağın içinə yıxılıb: Müalicələri yarımçıq qalıb
14 yaşlı Əliəsgərin yardımsevər şəxslərin dəstəyinə ehtiyacı var.
Bu barədə Oxu.Az-a onun anası İradə Əsədova məlumat verib.
O bildirib ki, övladı fevral ayında ocağın içinə yıxılaraq bədən xəsarətləri alıb:
"Əliəsgərin anadangəlmə qıcolması var, bu ilin fevral ayında ocaq qalamışdıq. Ocağın yanından keçəndə qıcolması tutub, özünü saxlaya bilməyib, içinə yıxılaraq ağır bədən xəsarətləri alıb. Həmin gün biz onu xəstəxanaya apardıq. Bizi Bakıda yerləşən xəstəxanalardan birinə göndərdilər. Orada üç ay müalicə alıb, iki dəfə əməliyyat keçirdi".
İradə Əsədova hazırda övladının müalicəsini qarşılaya bilmədiklərini deyib:
"Fevraldan bura əlimizdən gələn hər şeyi etmişik. Əlimizdə, ovcumuzda nə vardı, satmışıq, borc almışıq. Hazırda, demək olar ki, tükənmişik. Əliəsgərin dərmanlarını, mazlarını almağa imkanımız çatmır. Yaraları suluq edir, uşaq dayanmadan ağlayır. Hazırda müalicələrini davam etdirmək üçün 800 manata ehtiyacımız var. Yardımsevər şəxslərdən bizə dəstək olmalarını xahiş edirəm".
Ailə ilə əlaqə: (055) 549-79-53.
Kapital Bank: 5239 1517 5785 4917.
"Köməyə ehtiyacı olan insanlar" teqi üzrə xəbərlər
- Xəstəxanada çarəsiz qalan Yusifin anası kömək istəyir
- Övladı ağır xəstəliklərdən əziyyət çəkən ata: "Yalvarıram, məni oğlumun qarşısında aciz qoymayın"
- Nənə nəvəsi üçün yardım istəyir: "Qohumlar xəstəliyini bilən gündən bizimlə əlaqəni kəsiblər"
- Dörd yaşlı Atilla dünya işığına həsrət qalıb: "Ən böyük arzusu anasını görməkdir"
- Bütün bədəni yanan Fəridin dəstəyə ehtiyacı var