2015-ci ilin birinci rübündə 4,9 milyondan çox xarici turist Rusiyaya səfər edib.
Oxu.Az xəbər verir ki, bu barədə turizm üzrə Federal agentliyin saytında bildirilib.
Yenilənmiş statistik məlumatlara müvafiq olaraq Rusiya Federasiyasına gələn turistlərin liderləri arasında birinci yeri Ukrayna vətəndaşları (1,46 milyon nəfər), ikinci yeri Qazaxıstan turistləri (1,2 milyon), üçüncü yeri isə Polşadan gələn qonaqlar (415 min) tutub.
Daha sonra siyahıda Finlandiya (324 min), Azərbaycan (170 min), Çin (135 min), Ermənistan (103 min), Özbəkistan (97 min), Abxaziya (93 min) və Monqolustan (82 min) vətəndaşları yer alır.