Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

18 günlük körpənin anası yardım diləyir: "Uşağa yemək almağa belə pulumuz qalmayıb"
On səkkiz günlük körpənin yardımsevər şəxslərin dəstəyinə ehtiyacı var.
Bu barədə Oxu.Az-a onun anası Günel Əliyeva məlumat verib.
O bildirib ki, övladı vaxtından öncə doğulduğu üçün küvəzə qoyulub:
"Övladım Məhəmmədəli yanvarın 2-də özəl klinikalardan birində dünyaya gəlib. Hamiləliyimin son dövrləri çox ağır şəkildə qrip oldum. Ona görə də uşağı vaxtından əvvəl əməliyyatla götürməli oldular. Ciyəri tam açılmadığı üçün bir müddət küvəzdə qaldı. Bir neçə gün öncə evə çıxdıq. Hazırda övladım ağciyər iltihabından əziyyət çəkir".
Gənc ana övladı üçün yardımsevər şəxslərin dəstəyinə ehtiyacları olduğunu deyib:
"Biz 10 ildən çoxdur evliyik, 10 il idi mən övlad həsrəti çəkirdim. İllərdir çox ağır müalicələr, əməliyyatlar keçirmişəm. Hamiləliyimin sonu isə, təəssüf ki, belə oldu. Uşağın ciyərində problem olduğu üçün öskürməkdən birtəhər olub, nə dərmanlarını düzgün şəkildə ala, nə yenidən müayinəyə apara bilirik. İnanın, vəziyyətimiz o qədər çətindir ki, körpəyə yemək almaqda çətinlik çəkirik. Borcun, xərcin içində batırıq. Yardımsevər şəxslərdən mənim övladıma yenidən dəstək olmalarını xahiş edirəm. Sizin izləyicilər mənim övladımın ən pis vaxtında bizim əlimizdən tutdular, onlara üz tutub, bizi yarı yolda qoymamalarını xahiş edirəm".
Ailə ilə əlaqə: (055) 239-46-00.
"Kapital Bank": 4169 7388 3182 3574.
"Köməyə ehtiyacı olan insanlar" teqi üzrə xəbərlər
- Beş il övlad həsrəti çəkən ana yardım diləyir: "Müalicə üçün dəstəyə ehtiyacımız var"
- 13 yaşlı İbrahim təcili əməliyyat olunmalıdır
- 667 balla Dövlət İdarəçilik Akademiyasına qəbul olmuş Pərvin beyin qanaması keçirib: Kömək gözləyir
- Ağır yanıq xəsarətləri alan iki bacının dəstəyə ehtiyacı var
- 2 yaşlı körpə ölümlə mübarizə aparır - Onun sizin köməyinizə ehtiyacı var