Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
"Dedilər ki, morqdadır": İstirahətə gedən gəncin telefonuna zəng gəldi, daha sonra ölüm xəbəri
Zaqatalada bədbəxt hadisə baş verib.
Rayonun Talalar kənd sakini, 19 yaşlı Ülfət Əliyev Katex çayının Zaqatala rayonu Uzuntala kəndinin ərazisindən keçən hissəsində çayda çimərkən boğularaq ölüb.
Babası Mollamusa Əliyev bildirib ki, bir gün əvvəl kəndə istirahətə gələn mərhum dostları ilə birlikdə Katex çayına üzməyə gedib:
"Dünən gecə evə gəlib, saat 8-də ona zəng etdilər, taksiyə minib getdi. Daha sonra iki nəfər gəlib dedi ki, Ülfət çiməndə boğulub ölüb, morqdadır. Nəvəm suya girən kimi dərin yerə batıb. Çıxarmaq mümkün olmayıb".
Faktla bağlı Zaqatala Rayon Prokurorluğunda araşdırma aparılır.
Ətraflı Baku TV-nin süjetində:
Zaqatalada 19 yaşlı gənc çayda boğulub.
Oxu.Az xəbər verir ki, hadisə Zaqatala rayonunun Uzuntala kəndində qeydə alınıb.
Belə ki, Balakən rayonunun Talalar kənd sakini 2005-ci il təvəllüdlü Ülfət Elşad oğlu Əliyev Uzuntala kəndində çayda çimərkən boğulub.