Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

2024-cü ildə keçiriləcək buraxılış imtahanlarının tarixləri açıqlanıb
Dövlət İmtahan Mərkəzi ümumi və tam orta təhsil səviyyəsi üzrə 2024-cü ildə keçiriləcək buraxılış imtahanlarının tarixini açıqlayıb.
Mərkəzdən bildirilib ki, imtahan qrafiki Elm və Təhsil Nazirliyi ilə razılaşdırılıb.
İmtahan iştirakçılarının nəzərinə çatdırılıb ki, ümumi (9 illik) və tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı proqramları tədris ilinin əvvəlində - sentyabr ayında ictimaiyyətə təqdim olunub və
İmtahanın adı | Tarix | |
1. | Tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı - I zona, peşə liseylərinin buraxılış imtahanı | 3 mart |
2. | Tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı - II zona, peşə liseylərinin buraxılış imtahanı | 10 mart |
3. | Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı - I zona | 17 mart |
4. | Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı - II zona | 7 aprel |
5. | Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı - III zona | 21 aprel |
6. | Azərbaycan dili imtahanı (dövlət dili kimi), 9 və 11-ci sinif, 1-ci cəhd | 12 may |
7. | Azərbaycan dili imtahanı (dövlət dili kimi) 9 və 11-ci sinif, 2-ci cəhd | 30 iyun |
Qeyd 1: İmtahandan 1 ay öncə zonalara aid olan şəhər və rayonlar haqqında məlumat paylaşılacaq.
Qeyd 2: Ümumi (9 illik) və tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları modelində dəyişiklik yoxdur və 2024-cü ildə builki imtahan modeli tətbiq olunacaq.
Qeyd 3: DİM tərəfindən keçiriləcək digər imtahanların qrafiki 2024-cü ilin yanvar ayı ərzində paylaşılacaq.
"Dövlət İmtahan Mərkəzi (DİM)" teqi üzrə xəbərlər
- Bakalavr pilləsinə sənəd qəbulunun qiyməti artıb? - DİM-dən AÇIQLAMA
- DİM-dən buraxılış imtahanında iştirak edəcək şagirdlərə MÜRACİƏT
- Ali məktəblərə qəbul imtahanlarında iştirak üçün qeydiyyat başlayır
- Magistraturaya qəbul imtahanlarında ölkə birincisi MƏLUM OLDU
- Magistraturaya qəbulun nəticələri ELAN EDİLDİ