İyul ayının 27-dən 29-dək “Terminator” filmlərinin bütün pərəstişkarları “28 Cinema”da bu yayın ən səs-küylü premyerası olan “Terminator: Genezis” 3D filmini xüsusi olaraq 2 AZN-ə baxa biləcəklər.
Oxu.Az xəbər verir ki, filmin seanslarının vaxtları saat 14:30 və 19:15-dədir.
Film haqqında qısaca: Müqavimət lideri Con Konnor, serjant Kayl Rizini anası Sara Konnoru müdafiə etmək üçün gələcəyə göndərir. Lakin səyahət vaxtı, zaman qırılması baş verir və serjant alternativ zamana düşür. İndi o təkcə Sara Konnoru xilas etməli deyil, həm də gələcəyi dəyişməlidir.
Biletlər məhdud saydadır. Ətraflı məlumatı www.28cinema.az saytından əldə etmək mümkündür.
“28 Cinema” kinoteatrı Enhanced 4K müasir texnologiyasına əsaslanan, Barco yeni nəslindən olan proyektorlar və 3D Xpand texnologiyalı eynəklər təqdim edir. “28 Cinema” “PLATINUM MOVIE SUITES” zalı daxil olmaqla 6 zaldan ibarətdir və kinoteatrın ərazisində “Blackberry” restoranı və “Cappuccino coffee house” yerləşir.

Aytən Sadıqzadə
www.oxu.az