Hər zaman öz müştərilərinin rahatlığını düşünən Azərbaycanın premium kinoteatrı “28 Cinema” yeni aksiyaya start verir.
Oxu.Az xəbər verir ki, kinoteatr iyuldan etibarən öz müştəriləri üçün şəxsi sürücü xidməti təqdim edir. Artıq kinoteatrın CineClub Gold kart sahibləri və Platinum zala bilet alan tamaşaçıları yeni yaranmış xidmətdən tamamilə pulsuz istifadə edə biləcək.
Tamaşaçılar yerləşdiyi lokasiyadan “28 Cinema”ya və kinoya baxdıqdan sonra geri şəxsi sürücü ilə pulsuz gedib gələ bilər. Bu layihə 28 Cinema və Uber ilə birgə həyata keçirilir və Azərbaycanda xidmət sahəsinin inkişafına yönəlib.
Xidmətdən istifadə etmək üçün müştəri “UBER”in xüsusi applikasiyasını telefona yükləməli, daha sonra ”Promotion” bölməsinə daxil olaraq xüsusi promo kodu həmin bölməyə daxil etməlidir və bununla da sürücü müştərinin sifarişinə uyğun məkana gələcək.
Promo kodlar barəsində və ümumiyyətlə sistemin necə işlədiyi barədə ətraflı məlumat almaq üçün VİP Manager xüsusi xidmət göstərir. Əlaqə nömrəsi (050) 264 55 55, email ünvan vipmanager@28cinema.az.
