3 yaşlı Şəfanın imkanlı şəxslərin dəstəyinə ehtiyacı var.
Bu barədə Oxu.Az-a onun anası Günay Əskərova məlumat verib.
O bildirib ki, övladı hipoksik ensefalaoatiya xəstəliyindən əziyyət çəkir.
“Şəfanın üç yaşı var. Anadangəlmə hipoksik ensefalaoatiya xəstəliyindən əziyyət çəkir. Doğulduğu gündən, demək olar ki, müalicələrdəyik. Müalicələri ləngiyən zaman qıcolmaları artır, bu da onun üçün çox təhlükəlidir. İnanın o qıc olanda mən dəli oluram, elə bilirəm ki. bu dəfə övladımı itirirəm”.
Gənc ana övladının müalicəsi üçün aylıq 600 manata ehtiyacları olduğunu deyib.
“Şəfanın müalicəsi üçün aylıq 600 manata ehtiyacımız olur. Hazırda isə Şəfanı yenidən həkim qəbuluna aparmalıyıq, inanın, buna belə imkanımız çatmır. Borc-xərclə üç ildir ki, müalicələri davam etdirmişik. Yardımsevər şəxslərdən övladıma dəstək olmalarını xahiş edirəm”.
Ailə ilə əlaqə: (051) 762-42-19.
Uni Bank: 5243 7544 4313 3549.
Rəylər