Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

4 yaşlı Atillanın gözləri görmür - Onun sizin köməyinizə ehtiyacı var
4 yaşlı Atilla Nəcəf oğlu Mayılov bir neçə xəstəliklə mübarizə aparır.
Bu barədə Oxu.Az-a onun atası Nəcəf Mayılov məlumat verib.
O qeyd edib ki, övladı epilepsiya, hidrosefaliya, braxisefaliya, kəskin əzələ gərginliyi və görmə sinirinin hissəvi atrofiyası kimi xəstəliklərdən əziyyət çəkir:
"Bu xəstəliklərin müalicəsi müxtəlif dərmanlarla davam etdirilir. Gözləri isə sadəcə güclü işığı görə bilir. Xəstəliyin müalicəsi Başqırdıstanın Ufa şəhərində "Alloplant" xəstəxanasında bir neçə mərhələdə edilir.
Bunun üçün 30 min manata ehtiyacımız var. Məbləğin 17 min manatı toplanılıb. Sizin izləyiciləriniz sayəsində biz bu pulu toplaya bilmişik. Hər birinə çox təşəkkür edirəm. Yenidən xalqıma üz tuturam, qalan məbləği yığmağımız üçün əlimizdən tutun. Övladım uşaqlığını yaşaya bilməyəcək, heç olmasa, bundan sonra onun üçün yaxşı olsun. Atillanın ən böyük arzusu anasını görməkdir. O, əlləri ilə anasına toxunub onu hiss etməyə çalışır. İmkanlı şəxslərdən xahiş edirəm, balama dünya işığını görmək üçün yardım etsinlər. Qalan məbləği tamamlayaraq onun müalicəsinə başlayaq".
Əlaqə nömrəsi: (055) 512-15-66.
Leo bank: 4098584496788843